Niyyətimiz hərəkətimizi aydınlaşdırır | Mişel Monten

Deyirlər ki, ölüm bizi bütün çətinliklərdən xilas edir. Amma mən başqa cür insanlar da görmüşəm. Öz imkanlarımızın və gücümüzün xaricində olan şeylər üçün and içməməliyik. Çünki hadisələr həmişə bizimlə bağlı deyil və həqiqi mənada əlimizdə olan yeganə şey istəməkdir: İnsanın vəzifələri ilə əlaqəli bütün qaydalar mütləq istəklə reallaşır.

Başqalarına aid malları əlində saxlayan və bunu dərk edərək vicdan əzabı çəkdiyi üçün vəsiyyəti ilə ölümdən sonra bu mallardan qurtulmaq istəyən bir neçə insan tanımışam. Bu qədər vacib bir şeyin sonraya saxlanılmasının, xətalarını bu qədər az bir peşmanlıq hissi və zərərlə ödəmək istəməklərinin heç bir mənası yoxdur. Daha artığını verməlidirlər. Bu nə qədər cansıxıcı və narahatlıq yaradan bir şey olsa da, bir o qədər də yüksək qiymətləndirilərək tərifə layiq olurlar. Bu adamlar, həyatı boyunca gizlədikləri nifrəti etiraf etmək üçün son nəfəsi gözləyən insanlar, günahlandırdıqları adamın özünü kinlə xatırlamasına nail olaraq artıq qürurlarını heç düşünmədiklərini açıqca göstərirlər.

Pis mühakimələrini özləri ilə birlikdə öldürmək əvəzinə, kinlərini özlərindən sonraya saxlayaraq ölümə hörmətsizlik edirlər. Əgər edə bilsəydim, həyatımın açıq şəkildə demədiyi bir şeyi ölümümün də deməməyini istəyərdim.

Tərcümə edən: Fərid
 

0 şərh